Xəbərlər arxivi

           
                           
                               Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyyə edilibGallery                            
                           
                               
                               
                                   21 Sentyabr 2019                                                                    

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyyə edilib

                               
                               

21-22 Sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirmişdir. Bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər dayandırılmış, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilmişdir, zəruri sahələrdə növbətçilik təşkil olunmuşdur. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılmışdır.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. 22 Sentyabr səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir.