Xəbərlər arxivi

           
                           
                               SOCAR, Qazprombank və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında razılaşma imzaladılarGallery                            
                           
                               
                               
                                   1 Sentyabr 2018                                                                    

SOCAR, Qazprombank və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında razılaşma imzaladılar

                               
                               

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Qazprombank” ASC və Rusiya İxrac Mərkəzi Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində gələcək layihələrin effektiv surətdə həyata keçirilməsi məqsədi ilə strateji əməkdaşlıq haqqında razılaşma imzaladılar. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirak etdikləri mərasimdə həmin sənədi “Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiya ixrac mərkəzinin Baş Direktoru Andrey Slepnyov imzaladılar.

Razılaşmanın məqsədi SOCAR-ın həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Razılaşmaya görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində şirkətin həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi imzalanmış sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də Rusiya kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.

“Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov qeyd etmişdir: “İmzalanmış sənəd Qazprombank Qrupu ilə SOCAR Qrupu arasında əməkdaşlığın uzunmüddətli, strateji və əlverişli xarakter daşıdığını təsdiq edir. Artıq bu gün, “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon ABŞ dolları həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır, bu isə Qazprombank Qrupunun maliyyə və texnoloji imkanlarından ən iri sənaye layihələri çərçivəsində necə istifadə olunmasının əla nümunəsidir”.