Xəbərlər arxivi

15 Iyun 2019

SOCAR prezidenti “Honeywell PMT” şirkətinin prezidenti ilə görüşüb

+

SOCAR Tower-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın “Honeywell Performance Materials and Technologies” (“Honeywell PMT”) prezidenti və baş direktoru Raciv Quatamın rəhbərlik etdiyi nüməayəndə heyəti ilə görüşmüşdür. Qonaqları salamlayan Rövnəq Abdullayev Honeywell PMT şirkətlər qrupuna daxil olan UOP şirkəti ilə SOCAR arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etmiş, bu əlaqələrin Türkiyədə STAR neft emalı zavodunun inşası və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası layihələrində daha da dərinləşdiyini bildirmişdir. SOCAR-ın prezidenti UOP təmsilçilərini moderinizasiya prosesində daha aktiv olmağa dəvət etmişdir.

Honeywell PMT şirkətinin prezidenti və baş direktoru Raciv Qautam rəhbərlik etdiyi şirkətin STAR neft emalı zavodunun tikintisi və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası layihəılərində yaxından iştirak etməsindən məmnunluğunu bildirmiş, şirkətə məxsus müasir emal texnologiyalarının Azərbaycanda tətbiqində, həmçinin azərbaycanlı mütəxəssislərin peşə təlimlərinə cəlb edilməsində maraqlı olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində və Türkiyədə STAR neft emalı zavodunda bir sıra texnoloji qurğularda Honeywell UOP şirkətinin texnologiyalarından istifadə edir. Bununla yanaşı, Honeywell PMT şirkəti qeyd olunan hər iki layihədə Əsas Avtomatlaşdırma Podratçısı qismində iştirak edərək zavodları ən müasir avtomatlaşdırma sistemləri ilə təmin edir.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin səyləri və uzaqgörən siyasəti sayəsində hələ 1980-ci ildə hazırda onun adını daşıyan Neft Emalı Zavodunda UOP texnologiyası ilə ilk katalitik riforminq qurğusu quraşdırılmış və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzinin istehsalına doğru mühüm addım atılmışdır.

Honeywell UOP (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur, neft email, neft-kimya və qaz emalı üzrə konsaltinq xidmətləri göstərir. Honeywell UOP şirkəti “Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsi olub, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırma proseslərinin pioneridir. (www.honeywellprocess.com)