ƏN SON XƏBƏR

Upper Head Image

SOCAR-da Liviya Milli Neft Korporasiyasının sədri ilə görüş keçirildi

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat vermişdir. Həmçinin qeyd edilmişdir ki, bir zamanlar Liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil almışlar, bu gün də həmin ənənə davam etdirilə bilər.

SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkalara malikdir.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR-ın prezidenti “LUKOİL” Şirkətinin prezidenti ilə görüşmüşdür

Martın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKOİL” Şirkətinin prezidenti Vahid Ələkbərovla görüşmüşdür. Görüşdə “LUKOIL” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılmış, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKOİL” iştirakı yüksək qiymətləndirilmişdir.
Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirmiş, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yuksək qiymətləndirmiş, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

“LUKOİL” Şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və cənub Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın prezidenti Sonatrach şirkətinin icraçı direktoru ilə görüşüb

Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əlcəzairin Sonatrach neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qeyd olunub ki, SOCAR və Sonatrach şirkətlərinin beynəlxalq miqyaslı fəaliyyətlərində bir çox kəsişmə nöqtələri mövcuddur ki, bu da iki şirkət arasında daha sıx əməkdaşlıq üçün əsas yaradır.
Azərbaycanın qlobal brendi olan SOCAR dünyanın müxtəlif bölgələrində neft və qaz sənayesinin bütün dəyər zənciri üzrə əməliyyatlar və investisiya layihələrini həyata keçirir. Sonatrach şirkəti son dövrdə həmçinin beynəlxalq əməliyyatlarını genişləndirərək, müxtəlif ölkələrdə, o cümlədən Aralıq dənizi hövzəsində sərmayələr yatırıb və beynəlxalq bazarlardakı fəaliyyətlərini daha da genişləndirmək niyyətindədir. Beləliklə hər iki şirkət müxtəlif fəaliyyət sahələrində, o cümlədən hasilat, ticarət, araşdırma və inkişaf, habelə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi kimi istiqamətlərdə potensial əməkdaşlıq imkanlarını araşdıracaq.

Qeyd edək ki, SOCAR neft və qaz sənayesinin dəyər zənciri üzrə müxtəlif əməliyyatları, o cümlədən, satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır. Bununla yanaşı Azərbaycan daxilində həyata keçirilən hasilat, emal, nəql, kimya sənayesi və s.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın prezidenti Əfqanıstan İslam Respublikası prezidentinin müşaviri ilə görüşüb

Martın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidentinin Bankçılıq və maliyyə məsələləri üzrə müşaviri, Sənaye və Ticarət Naziri olan Acmal Əhmədini qəbul edib.
Görüşdə Əfqanıstan və Azərbaycan arasında zəngin mədəni və siyasi əməkdaşlıq tarixindən, bu bünövrə üzərində müasir dövrdə iqtisadi əməkdaşlığın genişlənməsi məsələrindən söhbət açılıb. Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən Acmal Əhmədi, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirmişdir.

SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, imkanlar araşdırılmışdır. İşçi qruplarının vasitəsi ilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu